“Azər-Türk Bank”ın keçmiş marketinq direktoruna yeni vəzifə verildi

“Azər-Türk Bank”ın keçmiş marketinq direktoruna yeni vəzifə verildi

Aytac Dəniz · Cəmiyyət ·

“Cyberpoint” şirkətində Marketinq direktoru vəzifəsinə təyinat olub.

Bu vəzifəyə Sənan Həsənov gətirilib.

O, bu vəzifəyə qədər “Azər-Türk Bank”da Marketinq direktoru vəzifəsində çalışıb.

Bundan əvvəl isə S.Həsənov “Rabitəbank”da Maliyyə departamentində assistent mütəxəssis, Müştəri xidmətləri departamentində xidmət üzrə mütəxəssis, Əməliyyatlar və Plastik kartlar departamentlərində baş mütəxəssis, Biznesin inkişafı departamentində marketinq meneceri vəzifələrində çalışıb. Daha sonra “Rabitəbank”da Satış və marketinq departamentinin direktoru və Müştəri xidmətləri departamentinin direktoru olub.

Həmçinin “DəmirBank”da Marketinq departamenti direktorunun müavini, “Azərbaycan Sənaye Bankı”nda Marketinq departamentinin direktoru, “Caspian Development Bank”da isə Biznesin inkişafı direktoru vəzifələrində çalışıb.

S.Həsənov 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə isə həmin universitetdə Maliyyə ixtisası üzrə magistr təhsili alıb.

Valyuta.az