Pavel Durov süni intellekt üçün məxfi “Cocoon” blokçeyn şəbəkəsini təqdim etdi

Pavel Durov süni intellekt üçün məxfi “Cocoon” blokçeyn şəbəkəsini təqdim etdi

Fərid Əlizadə · Texnologiya ·

Məşhur “Telegram” platformasının yaradıcısı Pavel Durov süni intellekt sistemləri üçün nəzərdə tutulan yeni “Cocoon” adlı tam məxfi blokçeyn şəbəkəsini elan edib.

Redaksiya xəbər verir ki, Durov “Cocoon” layihəsini süni intellektin inkişafında məxfilik və istifadəçi təhlükəsizliyini qorumaq məqsədilə təqdim edib. Onun sözlərinə görə, “böyük texnologiya şirkətləri” süni intellekt modelləri vasitəsilə istifadəçi məlumatlarını toplayır, lakin “Telegram” bu təcrübəyə qarşı öz texnologiyasını tətbiq edəcək.

Yeni sistem “TON” bazasında fəaliyyət göstərəcək və neyron şəbəkələr birbaşa blokçeynə inteqrasiya olunacaq. Pavel Durov “Cocoon”un tam anonimlik və azadlıq təmin edən platforma olacağını bildirib. Layihənin istifadəyə verilməsi noyabr ayına planlaşdırılıb.