Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Qarabağ məsələsi artıq qapanıb və regionda yeni mərhələyə keçid başlayır.
Redaksiya xəbər verir ki, Paşinyan çıxışında bu mərhələnin əsasının sülh olduğunu vurğulayıb: “Barış bizim üçün alışılmadıq bir duyğudur, lakin bundan sonra sülh içində yaşamağın nə demək olduğunu öyrənməliyik”, – deyə o bildirib.
Baş nazirin sözlərinə görə, Ermənistan bundan sonra qonşularla münasibətlərini münaqişəsiz inkişaf etdirmək niyyətindədir və sülh mədəniyyətinin formalaşdırılması ölkənin əsas hədəflərindən biri olacaq.
Sevinc Kərimova
