Paşinyan Mişustinə: Ermənistan Aİİ ilə əməkdaşlığı davam etdirmək niyyətindədir

Paşinyan Mişustinə: Ermənistan Aİİ ilə əməkdaşlığı davam etdirmək niyyətindədir

Sevinc Kərimova · Siyasət ·

Rusiya Baş naziri Mixail Mişustin və Ermənistanın Baş naziri Nikol Paşinyan Gorno-Altaysk şəhərində keçirilən Beynəlxalq Ekoloji Konfrans çərçivəsində görüşüblər.

Redaksiya xəbər verir ki, görüş zamanı Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlığın davam etdiriləcəyini təsdiqləyib. Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

Tərəflər iqtisadi əlaqələrin vəziyyəti, birgə layihələrin icrası və regional əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. Görüş konstruktiv atmosferdə keçib.

Sevinc Kərimova