Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyana başsağlığı teleqramı göndərib. Teleqramda İran rəhbərliyinin və vətəndaşlarının itkiləri ilə bağlı dərin kədər ifadə olunub.
Redaksiya xəbər verir ki, Paşinyan teleqramında qeyd edib ki, İran ətrafında baş verən hadisələr böyük narahatlıqla izlənilir. O, İran İslam Respublikasının rəhbərliyinin və vətəndaşlarının itkiləri münasibətilə başsağlığı verib. Ermənistan-İran münasibətlərinin inkişafında İran İslam İnqilabının Ali Rəhbəri Əli Xameneinin şəxsi rolunun həmişə xatırlanacağını vurğulayıb.
Baş nazir, həmçinin, bu çətin zamanlarda Yaxın Şərqdə tezliklə sülh və sabitliyin bərqərar olacağına dair səmimi ümidlərini ifadə edib. O, bu fürsətdən istifadə edərək Prezident Pezeşkiyana səbr, İranın dost və qonşu xalqına isə sülh və dözümlülük diləyib.
