Paşinyan Azərbaycanla sülh prosesində yeni mərhələdən danışdı

Paşinyan Azərbaycanla sülh prosesində yeni mərhələdən danışdı

Sona Osmanova · Siyasət ·

Ermənistanın baş naziri Nikol Paşinyan 2025-ci ilin Azərbaycanla qarşılıqlı atəş nəticəsində itki və ya yaralanma qeydə alınmayan ilk təqvim ili olduğunu bəyan edib.

Redaksiya xəbər verir ki, baş nazirin sözlərinə görə, ilk dəfə olaraq Azərbaycan ərazisindən Ermənistan Respublikasına yük daşımaları qatarlar vasitəsilə həyata keçirilməyə başlanıb və bu, tərəflər arasında yeni praktiki əməkdaşlıq mərhələsinin göstəricisi sayılır.

Paşinyan bildirib ki, Azərbaycanla ikitərəfli ticarətin ilkin əlamətləri artıq müşahidə olunur və bu proses regionda etimadın formalaşmasına xidmət edir.

Ermənistan hökumətinin rəhbəri baş verənləri yeni bir tarixin başlanğıcı kimi dəyərləndirərək, bunun qarşıdurma deyil, sülh tarixi olduğunu vurğulayıb.