Pakistan ordusu Talibanın sərhəd mövqelərinə endirilən zərbələrin termal görüntülərini yayıb. Ordudan verilən açıqlamada, əməliyyatın Əfqanıstan ərazisindən açılan atəşlərə cavab olaraq həyata keçirildiyi bildirilib.
Redaksiya xəbər verir ki, Pakistanın pilotsuz uçuş aparatları bir neçə Əfqanıstan şəhəri üzərində uçuşlar həyata keçirib. Əfqan mənbələri isə Taliban qüvvələrinin sərhəd xəttinə əlavə hərbi texnika və canlı qüvvə göndərdiyini açıqlayıb.
Sərhəddə qarşılıqlı atışmaların davam etdiyi bildirilir. Pakistan Müdafiə Nazirliyi vəziyyətin gərgin olduğunu təsdiqləyib və mülki əhalidən təhlükəsiz ərazilərə çəkilmələrini istəyib.
