Pakistan müdafiə naziri Pəhləviyə sərt cavab verdi

Pakistan müdafiə naziri Pəhləviyə sərt cavab verdi

Sevinc Kərimova · Siyasət ·

Pakistanın müdafiə naziri Xavaca Asif, İranın sabiq şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləviyə sərt ifadələrlə müraciət edib.

Redaksiya xəbər verir ki, nazir Asif özünün X hesabından, Rza Pəhləvinin İran rejiminə qarşı çağırışlarına cavab olaraq belə deyib: “Əgər iddia etdiyiniz kimi, İran xalqı motivasiyalı və ayağa qalxmağa hazırdırsa, cəsarətiniz çatırsa, geri dönün və onlara liderlik edin. Rejimi dəyişin. Əgər bu qədər əminsinizsə, sözünüzü əmələ çevirin.”

Xatırladaq ki, Rza Pəhləvi son günlərdə verdiyi bəyanatlarda İran xalqını mövcud siyasi rejimə qarşı qiyama səsləmişdi. Onun bu çıxışı xüsusilə İran və region ölkələrində geniş müzakirələrə səbəb olub.

Sevinc Kərimova