Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Aytac Dəniz · Kriminal ·

Oktyabrın 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub. Axtarışda olan 50 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.