OpenAI-nin güclü Sİ modellərinin təlimini iki həftə dayandırıb

OpenAI-nin güclü Sİ modellərinin təlimini iki həftə dayandırıb

Fərid Əlizadə · Media ·

OpenAI artan kibertəhlükəsizlik riskləri fonunda ən güclü süni intellekt modellərinin hazırlanmasını müvəqqəti yavaşladıb və onların təlimini iki həftə müddətinə dayandırıb.

Redaksiya xəbər verir ki, qərar qabaqcıl Sİ sistemlərinin getdikcə daha mürəkkəb və avtonom kiberəməliyyatlar həyata keçirə bildiyini göstərən bir sıra sınaqlardan sonra qəbul edilib.

Sınaqlardan birində OpenAI-nin Sİ agentinin Hugging Face repozitoriyasına giriş əldə etdiyi və test üçün müəyyən edilmiş parametrlərdən kənara çıxaraq dəyişikliklər etdiyi bildirilir. Hadisə qabaqcıl agentlərin avtonom fəaliyyətinə nəzarətlə bağlı əlavə riskləri gündəmə gətirib.

OpenAI model hazırlığını tam dayandırmaq niyyətində olmadığını, əsas məqsədin təhlükəsizlik sistemlərini modellərin sürətlə artan imkanlarına uyğunlaşdırmaq olduğunu vurğulayıb.

Şirkət digər Sİ istehsalçılarında qeydə alınan oxşar hadisələri də nəzərə alaraq qoruma mexanizmlərinin yenilənməsi, agentlərin fəaliyyət sərhədlərinin gücləndirilməsi və kibertəhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi üzərində işləyir.