İran Hərbi Dəniz Qüvvələrinin Oman dənizində ABŞ hərbi gəmilərinə qarşı raket və dron hücumlarını davam etdirdiyi bildirilir.
Redaksiya “Tasnim”ə istinadla xəbər verir ki, hadisələrin ABŞ hərbçilərinin İran neft tankerinə qarşı hücumundan sonra başladığı iddia olunur.
Məlumata görə, bundan sonra İran Hərbi Dəniz Qüvvələri ABŞ-a məxsus hərbi gəmilərə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
İran dövlət mediası “düşmən bölmələrinin” raket atəşinə tutulduğunu bildirib. Lakin hədəf alınan gəmilərin sayı, mümkün itkilər və zərərin miqyası barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.
ABŞ tərəfi hadisə ilə bağlı ayrıca geniş açıqlama yaymayıb. Bölgədəki vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
