Nyu York şəhərinin meri Mamdani qeyri-qanuni miqrantların ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməliyyatlarından qorunmasına yönəlmiş yeni fərman imzalayıb. Sənədin imzalanması zamanı mer çıxış edərək dini mənbələrə istinad edib və Qurani-Kərimdən sitat gətirib.
Redaksiya məlumat verir ki, Mamdani çıxışında hicrət hadisəsini xatırladaraq, Həzrət Məhəmməd peyğəmbərin də Məkkədən Məkkədən çıxmağa məcbur qaldığını və Mədinədə qəbul edildiyini vurğulayıb. O, “Nəhl” surəsində Allah yolunda zülmə məruz qaldıqdan sonra köç edənlərin bu dünyada gözəl məkanla mükafatlandırılacağına dair ayəyə diqqət çəkib, həmçinin Peyğəmbərin “İslam qərib olaraq başladı və yenə qərib olaraq qayıdacaq” kəlamını xatırladaraq bu reallığın izah olunduğunu bildirib.
Merin sözlərinə görə, bu dini istinadlar miqrantların yaşadığı çətinliklərin və məcburi köçün tarixi və mənəvi kontekstini göstərir. Onun fikrincə, şəhər rəhbərliyinin əsas məqsədi insan hüquqlarının qorunması, təhlükəsizliyin təmin edilməsi və sosial ədalətin möhkəmləndirilməsidir.
Qeyd olunur ki, imzalanmış fərman yerli qurumların ICE ilə əməkdaşlığını məhdudlaşdırmağı, miqrantların hüquqi müdafiəsini gücləndirməyi və onların şəhər xidmətlərinə çıxışını təmin etməyi nəzərdə tutur. Bu addım həm də ABŞ-də miqrasiya siyasəti ətrafında gedən müzakirələri yenidən gündəmə gətirib və cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olub.
