Nvidia rəhbəri Censen Huanqdan xəbərdarlıq: Elmi liderlik Çinin əlindədir

Nvidia rəhbəri Censen Huanqdan xəbərdarlıq: Elmi liderlik Çinin əlindədir

Sevinc Kərimova · Siyasət ·

Nvidia şirkətinin baş icraçı direktoru Censen Huanq qlobal elmi və texnoloji liderliklə bağlı diqqətçəkən açıqlama verib. Onun sözlərinə görə, hazırda elm və texnologiya sahəsində liderlik sürətlə Çinin əlinə keçir.

Redaksiya xəbər verir ki, Censen Huanq çıxışı zamanı dünyada elm və texnologiya təhsilinin mərkəzinin dəyişdiyini vurğulayıb. O bildirib ki, bu proses xüsusilə son illərdə sürətlənib və Çin bu sahədə dominant mövqeyə yüksəlib.

Nvidia rəhbərinin sözlərinə görə, hazırda dünyanın ən güclü elm və texnologiya yönümlü 10 ali təhsil müəssisəsindən 9-u Çində yerləşir. O hesab edir ki, bu göstərici qlobal innovasiya, elmi potensial və texnoloji inkişafın gələcək istiqamətləri ilə bağlı ciddi siqnaldır.

Censen Huanq qeyd edib ki, təhsil, tədqiqat və dövlət dəstəyi sahəsində atılan addımlar Çini elm və texnologiyada əsas oyunçuya çevirib və bu tendensiya yaxın illərdə daha da güclənə bilər.