NVIDIA-nın dəyəri 5 trilyon dolları keçdi — tarixi rekord

NVIDIA-nın dəyəri 5 trilyon dolları keçdi — tarixi rekord

Fərid Əlizadə · İqtisadiyyat ·

Qrafik prosessor nəhəngi “NVIDIA”nın bazar kapitallaşması 5 trilyon dollar həddini aşaraq, texnologiya tarixində yeni rekorda imza atıb.

Redaksiya xəbər verir ki, şirkətin səhmlərinin sürətli artımı süni intellekt çiplərinə olan qlobal tələbatla əlaqələndirilir. Baş direktor Censen Xuanın rəhbərliyi altında “NVIDIA” süni intellekt infrastrukturu və məlumat mərkəzləri üçün əsas təchizatçılardan birinə çevrilib.

Ekspertlər bu göstəricini həm “Apple”, həm də “Microsoft” kimi şirkətlərin bazar üstünlüyünə ciddi rəqib kimi qiymətləndirir. Censen Xua isə ötən çıxışında “bu yalnız başlanğıcdır” deyərək süni intellekt inqilabının hələ pik nöqtəsinə çatmadığını bildirib.