Norveç elektromobil satışlarında yeni rekorda imza atıb.
Redaksiya xəbər verir ki, 2025-ci ildən etibarən daxili yanma mühərrikli avtomobillərin satışını tam qadağan etməyə hazırlaşan Norveçdə artıq bu istiqamətdə ciddi nəticələr əldə olunub. İyun ayında ölkədə satılan bütün avtomobillərin 97 faizi tam elektrikli olub.
Ekspertlər bildirir ki, Norveçdə tətbiq edilən vergi güzəştləri və infrastrukturun genişlənməsi elektromobil satışlarını sürətlə artırır. Ölkə dünya üzrə ən sürətli keçid prosesinə malik bazar hesab olunur.
Fərid Əlizadə
