Nobel mükafatçısı Maçado ABŞ-ı Venesuelaya müdaxilə etməyə çağırdı

Nobel mükafatçısı Maçado ABŞ-ı Venesuelaya müdaxilə etməyə çağırdı

Sevinc Kərimova · Siyasət ·

Nobel Sülh Mükafatı laureatı, venesuelalı müxalif lider Maria Korina Maçado ABŞ-ı Venesuelaya hərbi və siyasi müdaxiləyə çağırıb. O, ölkədəki vəziyyətin yalnız beynəlxalq təzyiq və kəskin addımlarla dəyişə biləcəyini bildirib.

Redaksiya xəbər verir ki, Maçado çıxışında deyib: “Venesuelanı xilas etməyin yeganə yolu ABŞ-ın Maduro hökuməti ilə gərginliyi son həddə qədər artırmasından keçir.”

Maçadonun bu bəyanatı beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Ekspertlər hesab edirlər ki, bu cür çağırışlar regionda sabitliyə mənfi təsir göstərə bilər və ABŞ-ın Latın Amerikasındakı mövqeyini yenidən müzakirəyə çıxara bilər.