Netanyahu və Trampın gizli telefon danışığının detalları üzə çıxdı

Netanyahu və Trampın gizli telefon danışığının detalları üzə çıxdı

Sevinc Kərimova · Siyasət ·

İsrail və İran arasında əldə edilən atəşkəsdən dərhal sonra ABŞ prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığının təfərrüatları məlum olub.

Redaksiya xəbər verir ki, İsrailin “Reshet 13” kanalının yaydığı məlumata əsasən, söhbət zamanı Tramp İsrailin atəşkəsdən sonra bölgədəki hücumlarını tənqid edib.

Dialoqun detalları belədir:

  • Tramp: “Təyyarə dolusu bombalar atdınız.
  • Netanyahu: “Düzgün deyil, o bombalar atəşkəsdən əvvəl atılıb.
  • Tramp: “Mənə fərqi yoxdur. Təyyarələrə geri dönmələrini əmr et. Üstəlik, mənim də haqqımı etiraf et. İranın atdığı raket qəsdən deyildi, heç bir yerə düşmədi, isabət də etmədi.

Qeyd edək ki, Tramp daha əvvəl İran və İsrail arasında əldə olunan atəşkəsin qorunmasının vacibliyini vurğulamış və tərəfləri təmkinliyə çağırmışdı.

Sevinc Kərimova