Netanyahu Türkiyəyə qarşı dörd ölkəyə təcili ittifaq çağırışı etdi

Netanyahu Türkiyəyə qarşı dörd ölkəyə təcili ittifaq çağırışı etdi

Sevinc Kərimova · Siyasət ·

İsrail Baş naziri Benyamin Netanyahu regionda yeni balansların formalaşması fonunda diplomatik fəallığını artırıb.

Redaksiya xəbər verir ki, Netanyahu YNET agentliyinə istinadla, Türkiyəyə qarşı mövqelərini gücləndirmək üçün dörd ölkəyə təcili ittifaq qurmaq çağırışı edib. O, bu təşəbbüsü təhlükəsizlik və geosiyasi səbəblərlə izah edib.

Netanyahunun bu bəyanatı PKK-nın silah buraxmasından sonra səslənib. Beləliklə, onun fikrincə, Türkiyənin regionda qarşısını alan son maneə də aradan qalxmış olur. Bu isə Ankaranın hərbi və siyasi manevr imkanlarını daha da artırır.

İsrail mediasında yayılan məlumata görə, Netanyahu hazırda Türkiyənin artan təsirini tarazlamaq üçün müxtəlif regional tərəfdaşlarla diplomatik təmaslar qurmağa çalışır. Çağırış etdiyi dörd ölkənin adları açıqlanmasa da, müşahidəçilər bu addımın yeni strateji xəttin başlanğıcı ola biləcəyini qeyd edirlər.

Sevinc Kərimova