Netanyahu Trampın İranla razılaşmasından narahatdır

Netanyahu Trampın İranla razılaşmasından narahatdır

Nizami Salmanov · Media ·

İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampın İranla razılaşma əldə edə biləcəyindən ciddi narahat olduğu bildirilir.

Redaksiya Axios-a istinadla xəbər verir ki, Netanyahu Tramp administrasiyasını İrana qarşı daha bir hərbi zərbə dalğası həyata keçirməyə çağırıb.

Məlumata görə, İsrail tərəfi hesab edir ki, Tehran hazırda zəif vəziyyətdədir və bu mərhələdə hərbi təzyiq davam etdirilməlidir.

Tramp isə Axios-a müsahibəsində İranla razılaşma ehtimalını “50/50” kimi qiymətləndirib və yekun qərarı yaxın günlərdə verəcəyini bildirib.

ABŞ və İran arasında danışıqlarda nüvə proqramı, uranın zənginləşdirilməsi, mövcud ehtiyatlar və regiondakı hərbi gərginliyin azaldılması əsas mövzular kimi qalır.

Bu vəziyyət Vaşinqton və Tel-Əviv arasında İran strategiyası üzrə fikir ayrılıqlarının dərinləşdiyini göstərir.