Netanyahu sosial medianı İsrailə dəstəyin azalmasında günahlandırıb

Netanyahu sosial medianı İsrailə dəstəyin azalmasında günahlandırıb

Nizami Salmanov · Media ·

İsrailin Baş naziri Benyamin Netanyahu gənc amerikalılar arasında İsrailə dəstəyin azalmasını sosial media ilə əlaqələndirib.

Redaksiya “60 Minutes”ə istinadla xəbər verir ki, Netanyahu xarici dövlətlərin “bot fermaları” vasitəsilə ABŞ cəmiyyətində İsrailə rəğbəti zəiflətməyə çalışdığını iddia edib.

Onun sözlərinə görə, sosial media platformalarında yayılan koordinasiyalı kampaniyalar xüsusilə gənc auditoriyanın İsrailə münasibətinə təsir göstərir.

Netanyahu bildirib ki, bu proses “Amerikanın İsrailə simpatiyasını” hədəfə alır və informasiya müharibəsinin bir hissəsidir.

Açıqlama ABŞ-da gənclər arasında İsrail siyasətinə münasibətin dəyişməsi və sosial medianın ictimai rəyə təsiri ilə bağlı müzakirələrin artdığı bir vaxtda səsləndirilib.