Netanyahu Qəzza əhalisini köçürməyi təklif etdi, Liviya cavab verdi

Netanyahu Qəzza əhalisini köçürməyi təklif etdi, Liviya cavab verdi

Sevinc Kərimova · Siyasət ·

İsrail Baş naziri Binyamin Netanyahu Qəzza sakinlərinin bölgədən ayrılaraq başqa ölkələrə və ya ərazilərə köçməsinə icazə veriləcəyini bəyan edib. O, bu addımın bölgədəki humanitar vəziyyətin yüngülləşdirilməsi məqsədi daşıdığını bildirib.

Redaksiya xəbər verir ki, İtaliyanın Nova xəbər saytının yaydığı məlumata görə, Liviyanı faktiki olaraq iki hissəyə bölən general Xəlifə Həftər ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün ölkəsinin neft mənbələrində daha çox nəzarət əldə etmək qarşılığında 1 milyon fələstinlini Liviyaya yerləşdirməyi və onlara vətəndaşlıq verməyi təklif edib.

Məlumata görə, Həftərin bu təklifi Vaşinqtonun diqqətini çəkmək və bölgədəki mövqelərini gücləndirmək məqsədi daşıyır. ABŞ tərəfindən rəsmi cavab isə hələlik açıqlanmayıb.

Sevinc Kərimova