İsrail Baş naziri Benyamin Netanyahu, Qəzzadakı müharibənin başa çatması üçün yerinə yetirilməsi lazım olan şərtləri açıqlayıb.
Redaksiya xəbər verir ki, Netanyahuya görə, bu şərtlər Hamasın silahsızlandırılması, girovların qaytarılması, Qəzzanın tam nəzarət altına alınması və nə Hamasın, nə də Fələstin Administrasiyasının daxil olmadığı yeni bir idarəetmə qurumunun yaradılmasıdır.
Baş nazir bildirib ki, yalnız bu dörd şərt yerinə yetirildiyi təqdirdə bölgədə davamlı təhlükəsizlik və sabitlik təmin oluna bilər.
Sevinc Kərimova
