İsrailin Baş naziri Benyamin Netanyahu hazırkı hərbi katibi general-mayor Roman Qofmanı Mossadın yeni rəhbəri təyin etdiyini açıqlayıb.
Redaksiya məlumat verir ki, Roman Qofman bu vəzifədə David Barneanı əvəz edəcək.
Məlumata görə, son dövrlərdə Netanyahu ilə Barnea arasında təhlükəsizlik məsələləri və İran siyasəti ilə bağlı ciddi fikir ayrılıqları yaranmışdı.
İsrail mediası yazır ki, Mossadın İranda gözlənilən nəticələri əldə edə bilməməsi və ölkə daxilindəki proseslərə təsir imkanlarının məhdud qalması iki tərəf arasındakı böhranı daha da dərinləşdirib.
Bu vəziyyətin David Barneanın vəzifədən uzaqlaşdırılmasına səbəb olduğu bildirilir.
