İsrailin baş naziri Benyamin Netanyahu, Qəzzada atəşkəs və girovların azad olunması üçün danışıqlara başlamaq qərarını elan edib.
Redaksiya xəbər verir ki, Netanyahu verdiyi bəyanatda girovların geri qaytarılması məqsədilə dərhal müzakirələrə başlanılması və müharibənin İsrail üçün qəbulolunan şərtlərlə sona çatdırılması barədə göstəriş verdiyini bildirib.
Baş nazirin sözlərinə görə, danışıqların əsas məqsədi həm israilli girovların azad edilməsini təmin etmək, həm də bölgədə hərbi əməliyyatların sonlandırılması üçün aydın çərçivə yaratmaqdır.
Netanyahunun açıqlaması İsrailin Qəzzadakı müharibə ilə bağlı mövqeyində dönüş nöqtəsi kimi qiymətləndirilir və yaxın günlərdə tərəflər arasında intensiv diplomatik prosesin başlayacağı gözlənilir.
Sevinc Kərimova
