Netanyahu İsraildə etirazlar və təhlükəsizlik riskləri barədə danışdı

Netanyahu İsraildə etirazlar və təhlükəsizlik riskləri barədə danışdı

Sevinc Kərimova · Siyasət ·

İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə davam edən etirazlarla bağlı açıqlama verib. O, bəzi nümayişçilərin yolları bağladığını, yanğınlar törətdiyini və özünə qarşı ölüm təhdidlərində bulunduğunu vurğulayıb. Baş nazirin sözlərinə görə, bu cür hərəkətlər İsrail cəmiyyətinin sabitliyi üçün ciddi təhlükə yaradır.

Redaksiya xəbər verir ki, İsrailin müdafiə naziri Yisrael Kats da məsələyə münasibət bildirib. O, Fələstin Muxtariyyətinin dövlətə qarşı mümkün çevriliş cəhdinə qarşı yeni hərbi plan hazırlanması barədə təhlükəsizlik qurumlarına göstəriş verib.

Kats çıxışında İsrailin daxili sabitliyinin qorunmasının prioritet olduğunu qeyd edib. Nazir bildirib ki, təhlükəsizlik strukturları ölkəyə yönəlmiş bütün risklərin qarşısını almaq üçün lazımi tədbirləri görməlidirlər.