İsrail Baş naziri Benyamin Netanyahu ölkəsinin hazırda səkkiz ayrı cəbhədə hərbi əməliyyatlar apardığını, onlardan yedisinin İran və ona bağlı qüvvələrə qarşı olduğunu bildirib.
Redaksiya xəbər verir ki, Netanyahu çıxışında “Qələbə sözünü İsrail ordusunun lüğətinə yenidən yazacağıq. Ya qalib gələcəyik, ya da yox olacağıq” deyib. O, Qəzzada soyqırım və aclığa məhkum etmə ittihamlarını əsassız adlandırıb.
Baş nazir, İsrailin təhlükəsizliyi üçün bütün cəbhələrdə qətiyyətlə mübarizə aparacaqlarını vurğulayaraq, beynəlxalq ictimaiyyətin ölkəsinə yönəlik tənqidlərinin haqsız olduğunu söyləyib.
Sevinc Kərimova
