Nepalda sosial şəbəkə qadağasından sonra parlament rolunu Discord oynayır

Nepalda sosial şəbəkə qadağasından sonra parlament rolunu Discord oynayır

Sevinc Kərimova · Siyasət ·

Nepalda sosial şəbəkələrin bloklanması etirazlara səbəb olub və nəticədə baş nazir istefa verib. Hadisələrin ardından ölkədə qəribə bir vəziyyət yaranıb – Discord platforması faktiki olaraq müvəqqəti parlament rolunu oynamağa başlayıb.

Redaksiya New York Times-a istinadla xəbər verir ki, hazırda 145 mindən çox Nepal vətəndaşı, əsasən gənc aktivistlər, bu tətbiq vasitəsilə müvəqqəti liderin seçilməsi barədə debat və səsvermələr aparırlar. Müzakirələr o qədər təsirli olub ki, ordunun və prezidentin də diqqətini çəkib.

Məlumata görə, gənclərin təşəbbüsü ilə keçirilən onlayn debatlar ölkənin siyasi gələcəyinə təsir edə biləcək real qərarların müzakirə olunduğu məkan kimi önə çıxır.