Nepalda etirazlar prezident sarayının yandırılması ilə nəticələndi

Nepalda etirazlar prezident sarayının yandırılması ilə nəticələndi

Sevinc Kərimova · Dünya ·

Nepalda hökumətdə korrupsiya hallarının üzə çıxmasından sonra ölkə boyu geniş etirazlar başlayıb. Aksiya iştirakçıları paytaxtda bir sıra dövlət binalarını yandırıblar.

Redaksiya xəbər verir ki, kütləvi etirazların fonunda Nepalın Baş naziri istefa verdiyini açıqlayıb. Hadisələr zamanı maliyyə naziri Prasad Paudel qəzəbli kütlənin təqibindən qaçmağa çalışarkən çayın kənarında yaxalanıb və etirazçılar tərəfindən çaya atılıb.

Məlumata görə, etiraz aksiyaları zamanı Prezident sarayının tamamilə yanaraq sıradan çıxması qeyd olunub. Ölkədə vəziyyət gərgin olaraq qalır.