Nepalda sosial şəbəkələrdəki siyasi gərginlik fonunda yeni prezidentin seçilməsi üçün qeyri-adi üsuldan istifadə olunub. Gənclər “Discord” platformasında süni intellektdən potensial namizədlərin siyahısını tərtib etməyi və ən münasibini seçməyi xahiş ediblər.
Redaksiya xəbər verir ki, neyron şəbəkə iki mərhələli səsvermə keçirərək dörd namizəd irəli sürüb. Onların arasında məşhur reper Balen Şah da olub. Nəticədə ikinci turda 71 yaşlı, ölkənin sabiq Ali Məhkəmə sədri Suşila Karki qalib gəlib.
Məlumata görə, Karki artıq müvəqqəti hökumətə rəhbərlik etməyə başlayıb və iğtişaşların aradan qaldırılması istiqamətində ilk addımlarını atıb.
