Azərbaycanın dünya okeanına birbaşa çıxışı olmamasına baxmayaraq, ölkə coğrafi mövqeyindən istifadə edir və əlaqəliliyi inkişaf etdirir.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.
"Azərbaycan dünya okeanına birbaşa çıxışı olmayan ölkədir, lakin bu, eyni zamanda bizim yolumuzu müəyyən edib: coğrafi mövqeyimizi dərk edərək əlaqəliliyə böyük diqqət yetirir, nəqliyyat infrastrukturuna sərmayə qoymaqdan çəkinmir və coğrafi həssaslığımızı azaltmağa çalışırıq", - o qeyd edib.
Nazir vurğulayıb ki, Azərbaycan nəqliyyat və logistika layihələrinə xüsusi diqqət yetirir, infrastrukturun inkişafına əhəmiyyətli vəsait yatırır.
Əsas layihələr sırasında M.Cabbarov Orta Dəhlizi və Ələtdəki Bakı Beynəlxalq Dəniz Limanını xüsusi qeyd edib.
Report
