Gəncə Avtoparkının fəaliyyətə başlamasından 1 il ötür.
Bu əlamətdar tarix münasibətilə, ötən bir il ərzində nümunəvi fəaliyyəti ilə seçilən, sərnişinlərimizə təhlükəsiz və rahat xidmət göstərən əməkdaşlar BakuBus MMC tərəfindən mükafatlandırılıb
Qeyd edək ki, ötən il Gəncədə şəhər nəqliyyatını modernləşdirəcək “BakuBus” avtobus avtoparkı açılıb.
10 hektar sahədə yerləşən üç yüz yerlik kompleksdə texniki baxış və təmir postları, avtomatlaşdırılmış yanacaq təsərrüfatı və saatda 60 avtobus yuma gücünə malik infrastruktur yaradılıb. Yeni avtopark 675 nəfərin işlə təmin olunmasına imkan verir.
