“My Life” hoteldə ölüm olub

“My Life” hoteldə ölüm olub

Vüsal Şahbazov · Hadisə ·

Bakıda hoteldə ölüm hadisəsi baş verib.

Hadisə avqustun 29-u saat 18 radələrində Nizami rayonu Məhsəti Gəncəvi küçəsi 25-də yerləşən “My Life” hoteldə qeydə alınıb.

Orada qonaq olan Bakı şəhər sakini 1966-cı il təvəllüdlü A.İsgəndərov qəfil ölüb.

60 yaşlı kişinin infarktdan həyatını itirdiyi bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Qafqazinfo