Portuqaliyalı mütəxəssis Joze Mourinyo Çempionlar Liqası ilə bağlı Fənərbaxça üçün real hədəflərə diqqət çəkib.
Redaksiya xəbər verir ki, “ElDesmarque” portalına açıqlamasında Mourinyo Fənərbaxçanın Çempionlar Liqasına qatılmasının iqtisadi baxımdan faydalı olacağını, lakin idman səviyyəsində bu turnirdə rəqabət aparmağın çətin olduğunu bildirib:
“Çempionlar Liqası tamam başqa bir dünyadır... Realist olmalıyıq. Ora getsək iqtisadi baxımdan əla olar, amma idman səviyyəsində Fənərbaxça Avropa Liqası komandasıdır.”
Mourinyonun bu sözləri klubun hədəfləri və hazırkı səviyyəsi ilə bağlı səmimi qiymətləndirmə kimi dəyərləndirilir. O, həmçinin komandanın inkişafı üçün mərhələli şəkildə irəliləməyin vacibliyini vurğulayıb.
Fərid Əlizadə
