Moskvadakı Satira Teatrının sabiq direktoru, azərbaycan əsilli Məmmədəli Ağayevə qarşı 20 milyon rubl dəyərində dələduzluq ittihamı irəli sürülüb.
Redaksiya xəbər verir ki, Moskva prokurorluğunun məlumatına görə, Ağayev fərdi sahibkar kimi qeydiyyatdan keçərək rəhbərlik etdiyi teatrla saxta müəlliflik müqavilələri bağlayıb. Bu müqavilələr guya tamaşaların ssenarilərinin hazırlanması və müəllif hüquqlarının ötürülməsini nəzərdə tuturdu.
Məhkəmənin qərarı ilə Ağayev 1 ay 29 gün müddətinə həbs edilib. İstintaqın versiyasına görə, o, həmfikirləri ilə birlikdə pulların mənimsənilməsi sxemini quraraq hər tamaşadan kassaya toplanan vəsaitin 4 faizədək hissəsini əldə edib.
Sevinc Kərimova
