Monqolustanın Baş naziri Gombojavın Zandanshatar istefa verib

Monqolustanın Baş naziri Gombojavın Zandanshatar istefa verib

Sevinc Kərimova · Siyasət ·

Çinin dövlət televiziyasının məlumatına görə, Monqolustanın Baş naziri Gombojavın Zandanshatar istefa verib.

Zandanshatar İrkutsk Xalq Təsərrüfatı İnstitutunun (indiki Baykal Dövlət Universiteti) məzunudur. O, karyerası ərzində bir sıra mühüm vəzifələrdə çalışıb — Kənd Təsərrüfatı Bankının Xarici Valyuta İdarəsinin rəhbəri, Monqolustanın kənd təsərrüfatı nazirinin müavini, xarici işlər və ticarət naziri, eləcə də parlament sədri olub.

Zandanshatar 2025-ci ilin iyun ayında Monqolustanın Baş naziri vəzifəsinə seçilmişdi.
Onun istefasının səbəbləri barədə rəsmi açıqlama hələlik verilməyib.