Modi vətəndaşları yanacağa qənaətə çağırıb

Modi vətəndaşları yanacağa qənaətə çağırıb

Sevinc Kərimova · Media ·

Hindistanın Baş naziri Narendra Modi vətəndaşları və biznes strukturlarını ölkənin maraqları naminə yanacağa qənaət etməyə çağırıb.

Redaksiya məlumat verir ki, Modi avtomobillərdən birgə istifadə praktikasının artırılmasını vacib sayıb.

Onun sözlərinə görə, ölkə yanacaq istehlakını azaltmaq üçün elektromobillərə keçidi sürətləndirməli və daha səmərəli nəqliyyat modellərinə üstünlük verməlidir.

Modi həmçinin COVID-19 pandemiyası dövründə olduğu kimi, mümkün sahələrdə evdən iş modelinin tətbiqini təklif edib.

Baş nazir bildirib ki, bu addımlar həm enerji təhlükəsizliyinə, həm də ölkə iqtisadiyyatının dayanıqlığına töhfə verə bilər.