Hindistanın Baş naziri Narendra Modi Pakistanla yaşanan son hərbi qarşıdurmalara dair beynəlxalq reaksiyanı dəyərləndirib.
Redaksiya xəbər verir ki, Modi çıxışında 193 ölkədən yalnız 3-nün Pakistanın tərəfində açıqlama verdiyini bildirib. “Qalan bütün dövlətlər Hindistanın özünü müdafiə haqqını dəstəklədi. Heç bir ölkə bizi dayandırmağa çalışmadı,” — deyə o vurğulayıb.
Baş nazir qeyd edib ki, bu vəziyyət Hindistanın beynəlxalq nüfuzunun göstəricisidir və ölkənin təhlükəsizlik sahəsində atdığı addımların haqlı şəkildə qəbul edildiyini göstərir.
Modinin sözlərinə görə, Hindistan öz sərhədlərini və vətəndaşlarını qorumaq hüququndan imtina etməyəcək və beynəlxalq hüquqa uyğun şəkildə öz təhlükəsizliyini təmin edəcək.
Sevinc Kərimova
