Qahirədə İsrail və Həmas nümayəndə heyətləri arasında danışıqlar prosesi rəsmən start götürüb. Görüşlərin əsas məqsədi Qəzzada atəşkəsin əldə olunması və humanitar vəziyyətin yaxşılaşdırılmasıdır.
Redaksiya xəbər verir ki, Misir hökumətinin vasitəçiliyi ilə keçirilən bu danışıqlarda tərəflərin ilkin mərhələdə əsirlərin azad edilməsi və humanitar yardımın maneəsiz çatdırılması məsələlərini müzakirə etdiyi bildirilir.
Danışıqların nəticələrinə dair rəsmi açıqlama hələlik verilməsə də, tərəflərin prosesin davam etdirilməsində razılığa gəldiyi qeyd olunur.
