Metro tunelində qalan sərnişinlər evakuasiya olunub

Metro tunelində qalan sərnişinlər evakuasiya olunub

Nizami Salmanov · İqtisadiyyat ·

"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. 

Bildirilib ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.