Merz Fikonun Moskva səfərini tənqid edib

Merz Fikonun Moskva səfərini tənqid edib

Könül Məmmədova · Media ·

Almaniya kansleri Fridrix Merz Slovakiya Baş naziri Robert Fikonun Qələbə Günü ilə bağlı Moskvaya səfərinə Avropa İttifaqında etiraz olduğunu bildirib.

Redaksiya Zeit portalına istinadla xəbər verir ki, Merz Aİ-də Slovakiya Baş nazirinin bu addımı ilə razı olmadıqlarını deyib.

Kanslerin sözlərinə görə, Robert Fiko Avropa İttifaqının bu səfərə münasibətini bilir. Merz bildirib ki, Brüssel bu məsələni Fiko ilə ayrıca müzakirə edəcək.

Robert Fiko Böyük Vətən müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Moskvaya gələn yeganə Aİ ölkəsi hökumət başçısı olub.

Slovakiya Baş naziri paradda iştirak etməsə də, səfər çərçivəsində Kreml divarı yaxınlığındakı Naməlum Əsgər məzarına gül qoyma mərasiminə qatılıb.

Bu gün Rusiya Prezidenti Vladimir Putin Robert Fiko ilə görüşüb. Görüşdə Putin Slovakiya rəhbərliyinə və xalqına sovet əsgərlərinin xatirəsinə göstərilən həssas münasibətə görə təşəkkür edib.