Azərbaycan Mərkəzi Bankı balansında olan əsas vəsaitləri sığortalayacaq.
Bankın bina və avadanlıqlarının sığortalanması nəzərdə tutulub.
Bunun üçün 1 milyon 123 min 302 manat xərclənməsi planlaşdırılır.
Məlumat üçün deyək ki, Mərkəzi Bankın inzibati binası Bakıda Heydər Əliyev prospekti 167 ünvanında yerləşir. Bu il iyunun 3-də Prezident İlham Əliyevin iştirakı ilə sözügedən inzibati binanın açılışı olub. (plat.az)
