Leobank müştərilərinin nəzərinə - Köçürmələr üzrə komissiya 2 dəfə artırılır

Leobank müştərilərinin nəzərinə - Köçürmələr üzrə komissiya 2 dəfə artırılır

Aytac Dəniz · Maliyyə ·

Leobank müştəriləri üçün pul köçürmələri ilə bağlı yeni tariflər tətbiq edəcək.

Dəyişikliyə əsasən, müəyyən edilmiş limitdən artıq həyata keçirilən hər 50 manatlıq köçürmə üçün komissiya 50 qəpikdən 1 manata qaldırılacaq.

Yeni komissiya tariflərinin yanvarın 1-dən və 15-dən etibarən qüvvəyə minəcəyi bildirilir.

Beləliklə, bankın müştəriləri limitdən artıq pul köçürmələri zamanı əvvəlki ilə müqayisədə iki dəfə çox komissiya ödəməli olacaqlar.