AZCON Holdinq şirkətlərindən olan "Azərpoçt" MMC-də Müştəri xidmətləri üzrə rəhbər vəzifəsinə təyinat olub.
Bu vəzifə Məleykə Əliyevaya həvalə edilib.
Qeyd edək ki, M.Əliyeva əmək fəaliyyətinə 2022-ci ildə "Turanbank" ASC-də başlayıb. O, 2022-2026-cı illərdə Bankda Korporativ müştəri xidmətləri üzrə kiçik mütəxəssis, daha sonra mütəxəssis, VIP Müştəri Xidmətləri üzrə aparıcı mütəxəssis və daha sonra baş mütəxəssis vəzifələrində çalışıb.
Məlumat üçün deyək ki, "Azərpoçt"un İdarə heyətinin sədri Manaf Babayevdir. O, bu vəzifəyə cari ilin aprel ayında təyin edilib. Şirkətin nizamnamə kapitalı 73 357 719 manatdır. Şirkət 2024-cü ilin noyabr ayından AZCON Holdinqin idarəetməsinə verilib. Bundan öncə isə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olub. (Plat.az)
