Meksika prezidenti Klaudiya Şeinbaum ABŞ tərəfindən Meksikaya hərbi müdaxilənin mümkün olmadığını bildirib və iki ölkə arasında əməkdaşlığın davam etdiyini vurğulayıb.
Redaksiya xəbər verir ki, prezident Klaudiya Şeinbaum ABŞ prezidenti Donald Tramp ilə telefon danışığından sonra açıqlama verərək, tərəflər arasında koordinasiya və əməkdaşlıq mühitinin mövcud olduğunu qeyd edib.
Şeinbaumun sözlərinə görə, hər hansı fərqli mövqelər səsləndirilərsə, Meksika tərəfi yeni dialoq təşəbbüsü göstərəcək və əsas məqsəd qarşılıqlı anlaşma və ünsiyyətin qorunmasıdır.
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Meksikanın narkokartellərin nəzarətində olduğunu iddia edərək, onlara qarşı quru əməliyyatlarının mümkünlüyünü istisna etməmişdi. Meksika prezidenti isə bu açıqlamaları ünsiyyət tərzi kimi qiymətləndirib və liderlər arasında anlaşmanın əldə olunduğunu bildirib.
