Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avstriyanın neytrallıq statusu və NATO ilə bağlı açıqlama verib.
Redaksiya xəbər verir ki, Medvedev bəyanatında Avropanın “militarizmə aludə olduğunu” bildirib:
“Dövlətlər kəpənəklər kimi NATO-nun alovuna doğru uçur. Brüssel indi Avstriyaya da neytrallığından imtina etməsi üçün təzyiq edir.”
O, həmçinin xəbərdarlıq edib:
“Avstriya, özünü Rusiyanın hədəfi halına gətirməkmi istəyir?”
Medvedevin açıqlamaları NATO ilə Moskva arasında gərgin münasibətlərin davam etdiyini bir daha göstərib.
Sevinc Kərimova
