ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pens bəyan edib ki, Rusiyanın Ukraynada uğur qazanacağı təqdirdə NATO ölkələrinin sərhədini pozacağına “heç bir şübhəsi yoxdur”. Onun sözlərinə görə, belə ssenari baş verərsə, ABŞ və Avropadakı müttəfiqlər Moskvanı hərbi yolla dayandırmağa məcbur qalacaqlar.
Redaksiya xəbər verir ki, Pens BBC-yə müsahibəsində ABŞ-ın aqressiyaya qarşı “əsas dayaqlardan biri” rolunu oynayacağını, lakin Avropa müttəfiqlərinin “ön sırada” olacağını qeyd edib. O, “iradəli ölkələr koalisiyasının” təhlükəsizlik zəmanətləri üzərində işləməsini yüksək qiymətləndirib və bunun “Putinin diqqətini çəkdiyini” bildirib.
Pensin sözlərinə görə, bu zəmanətlər yalnız Ukraynada ədalətli və davamlı sülhün şərtlərini yaratmaqla yanaşı, Rusiyanın genişlənmə planlarının qarşısını almaq üçün də əsas rol oynaya bilər.
