Maskın sərvəti rekord həddi aşdı

Maskın sərvəti rekord həddi aşdı

Arzu Qafarova · İqtisadiyyat ·

Tesla şirkətinin rəhbəri İlon Maskın sərvəti son günlərdə kəskin artım göstərərək yeni rekorda imza atıb. İnvestorların şirkətin gələcək planlarına verdiyi müsbət reaksiya bu artımın əsas səbəblərindən biri kimi qiymətləndirilir.

Redaksiya Forbes istinadla xəbər verir ki, İlon Maskın sərvəti Teslanın ABŞ-də robotaksi xidmətini ilin sonuna qədər genişləndirəcəyini elan etməsindən sonra 4%-dən çox artaraq 78.8 milyard dollara çatıb. Bu göstərici cəmi bir neçə gün əvvəl qeydə alınmış 78 milyard dollarlıq əvvəlki rekordu geridə qoyub.

Məlumata görə, robotaksi xidmətinin geniş miqyasda tətbiqi Teslanın bazar dəyərinin daha da yüksəlməsinə səbəb ola bilər. Şirkətin bu sahədəki texnoloji yenilikləri bazardakı dalğalanmalara baxmayaraq investorların diqqətini cəlb edir və gələcək artım potensialına inamı gücləndirir.