Marks & Spencer-ə kiberhücum: minlərlə şəxsi məlumat sızdırıldı

Marks & Spencer-ə kiberhücum: minlərlə şəxsi məlumat sızdırıldı

Fərid Əlizadə · Texnologiya ·

Böyük Britaniyanın tanınmış pərakəndə şirkəti Marks & Spencer (M&S), kiberhücum nəticəsində minlərlə müştərinin şəxsi məlumatlarının sızdırıldığını təsdiqləyib. Hücum zamanı istifadəçilərə aid e-poçt ünvanları, şifrələr və bank kartı məlumatları ələ keçirilib.

Redaksiya xəbər verir ki, şirkət nümayəndələrinin “The Guardian” qəzetinə verdiyi məlumata görə, hədəfə alınan məlumatlar, əsasən M&S Bank və onun loyalty (sədaqət) proqramlarına üzv olan müştərilərə məxsus olub.

Şirkət müştərilərini şifrə dəyişməyə və bank hesablarını izləməyə çağırıb, məsələ ilə bağlı rəsmi istintaq başladılıb. Hücumun hansı haker qrupu tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.

Britaniya Maliyyə Nəzarət Orqanı (FCA) və İnformasiya Komissarlığı İdarəsi (ICO) məsələ ilə bağlı araşdırmalara başlayıb. Marks & Spencer rəhbərliyi məlumat sızıntısının qarşısının alınması üçün əlavə təhlükəsizlik tədbirlərini işə saldıqlarını bildirib.

Fərid Əlizadə