Mark Zukerberq özünü əvəzləyən süni intellekt agenti yaradır

Mark Zukerberq özünü əvəzləyən süni intellekt agenti yaradır

Könül Məmmədova · Media ·

Amerikalı milyarder Mark Zukerberq, Meta şirkətinin baş direktoru kimi fəaliyyətində ona kömək edəcək süni intellekt agenti yaratdığını "The Wall Street Journal" nəşri xəbər verib.

Redaksiya mənbəyə istinadən məlumat verir ki, bu agent artıq bir neçə əməkdaşdan məlumat toplamaq əvəzinə, operativ şəkildə informasiya əldə etmək üçün istifadə olunur. Zukerberqin istəyi, gələcəkdə şirkətin hər bir əməkdaşı və hətta şirkətdən kənarda olan şəxslər üçün də şəxsi süni intellekt agentlərinin mövcud olmasıdır.

Qeyd olunur ki, bu fərdi neyron şəbəkəsi üzərində aparılan işlər şirkətin strategiyasının bir hissəsidir. Hazırda 78 min əməkdaşı olan Meta üçün süni intellektin tətbiqi rəqabətqabiliyyətliliyin qorunub saxlanılması baxımından olduqca vacib hesab edilir.