“Mançester Siti” Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən 115 ittihamdan 114-də təqsirli bilinib. Klub barəsində yekun sanksiyalar hələ müəyyənləşdirilməyib. Bu barədə The Athletic məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, mümkün cəzalar arasında maliyyə sanksiyaları, xal silinməsi və hətta Premyer Liqadan çıxarılma da var. “Mançester Siti”nin qərardan apellyasiya verməyə hazırlaşdığı və ittihamları qəbul etmədiyi bildirilir.
İttihamlar Premyer Liqa tərəfindən 2023-cü ilin fevralında irəli sürülüb və əsasən 2009-2018-ci illəri əhatə edir. Klubun düzgün maliyyə məlumatı təqdim etməməsi, sponsorluq və ödənişlərlə bağlı məlumatları tam açıqlamaması, həmçinin UEFA və Premyer Liqanın maliyyə qaydalarını pozması iddia edilirdi.
Şeyx Mənsurun 2008-ci ildə klubu almasından sonra “Mançester Siti” İngiltərədə çoxsaylı daxili titullar və Çempionlar Liqasını qazanıb. Klub rəhbərliyi isə bütün proses boyunca maliyyə qaydalarını pozduğunu rədd edib və öz mövqeyini hüquqi qaydada müdafiə edəcəyini bildirib.
